Sumqayıtda baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

23:59 10.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhəri, 8-ci mikrorayon, A.Quliyev küçəsi ünvanında çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hafta.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir.

Əlavə məlumat veriləcək.

*** 23:30

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, A.Quliyev küçəsində çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğının baş verməsi barədə məlumat daxil olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt RM-nin xilasediciləri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.