Sumqayıtda zavod yaxınlığında yanğın olub

22:50 30.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində "Sumqayıt Aşqarlar" ASC-nin yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Yanğının müəssisənin ərazisinə keçməsinin qarşısı alınıb.

FHN-dən bildirilib ki, yanğın Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.