Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bəyan edib ki, Taliban bir ildən az müddətdə Əfqanıstanda narkotik istehsalını 95 faiz azaldıb.
Hafta.az-ın yazdığına görə, Medvedyev özünün Telegram kanalında “Taliban hökuməti ABŞ-ın 20 ildə edə bilmədiyinə bir ildən az müddətdə nail olub” yazıb.
Medvedyev, "BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin məlumatına görə, 2022-ci ilin sonundan bəri Əfqanıstanda narkotik istehsalı 95 faiz azalıb. Üstəlik, bu vəziyyət həm xaşxaş əkin sahələrinin azalaraq 233 min hektardan 11 min hektara düşməsinə səbəb olub, həm də tiryək istehsalı 6,2 min tondan 333 tona qədər geriləyib. Yanaşmalarından asılı olmayaraq, Taliban amerikalıların başçılıq etdiyi NATO koalisiyasının guya terrorla mübarizə apardığı bir ildən az müddətdə edə bilmədiklərini etdi. Bu, Rusiyaya heroini ixrac etməkdə maraqlı olanların bölgəni tərk edərək digər ölkələrə getməsi ilə ortaya çıxan reallıqdır” deyib.