Taxta bazarında yanğın söndürülüb

09:38 17.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Nərimanov rayonunda “Taxta bazarı” adlanan tikinti materiallarının satışı bazarında yanğın olub.

 

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

 

Hadisə yerinə FHN-in dörd yanğınsöndürmə maşını cəlb edilib, yanğın saat 02:43-də söndürülüb.

 

Hadisə nəticəsində 70 kvadratmetr metr ərazidə taxtalar yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.