Tayfa toyunda gəlinə 7 kilo qızıl bağışlandı

11:05 17.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şanlıurfada İzol tayfasının aparıcı adlarından olan iş adamı Bilal İzolun vəkil oğlu Məhəmməd İzol və maliyyə mütəxəssisi Elif Eyidoğan həyatlarını toyla birləşdirib.

Hafta.az-ın yazdığına görə, cütlüyün şəhərdəki şadlıq sarayında keçirilən toyuna bölgədəki tayfa başçıları və yüzlərlə insan qatılıb.

Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Zeynəl Abidin Beyazgülün idarə etdiyi toy mərasimində sənətçi Lətif Doğan və rəhbərlik etdiyi "Sira Gecə" komandası səhnəyə çıxıb.

Toyda rəqs edən cütlüyün və halayçıların üzərinə qonaqlar 1 dollar əskinaslar və lirələr səpibblər.
Dollar və lirələrin havada uçduğu toyda orkestrin təyin etdiyi 5 nəfər yerə atılan pulları toplayıb torbalara qoyub.

Yerli yeməklərin təqdim olunduğu gecədə gəlinə bilərzik, tac, kəmər, boyunbağı - toplam 7 kilo zinət əşyaları hədiyyə edilib.

Cütlüyün gecənin sonunda açılan qutudan təxminən 5 milyon lirə nağd pul aldığı hesablanıb.