Tehran bazarında güclü yanğın - VİDEO

12:27 12.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər Tehranda bazarda güclü yanğın olub.

Bunu İranın Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü Calal Məliki deyib.

C.Məlikinin sözlərinə görə, yanğın nəticəsində minimum 30 mağaza yanıb:

“Yanğın nəticəsində xəsarət alanlar barədə hələlik hər hansı məlumat yoxdur”, - deyə o qeyd edib.

Qeyd edək ki, baş verən yanğın hələlik tam şəkildə söndürülməyib. Yanğın nəticəsində bir neçə partlayış da baş verib.