Təmizlik aksiyaları davam edir

09:38 09.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər dənizinin Hövsan, Giləzi sahillərində, Hacıqabul gölünün Şirvan şəhəri ərazisindəki hissəsində, Köndələnçay sahillərində, o cümlədən meşəlik ərazilərdə təmizlik aksiyaları keçirilib.

Hafta.az xəbər verir ki, nazirliyin regional bölmələrinin, yerli icra orqanlarının əməkdaşlarının, sakinlərin, könüllülərin, tərəfdaş qurumların iştirakı ilə keçirilən aksiyalar zamanı ümumilikdə iki tondan artıq müxtəlif növ tullantı yığılaraq ərazilərdən daşınıb.