Tərbiyəçi-müəllimlər imtahan verəcəklər

16:04 12.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərbiyəçi müəllimlər üçün sertifikasiya imtahanının keçirilməsi gözlənilir.

Hafta.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulova “Tərbiyəçi-müəllimə peşəkar inkişaf lazımdırmı?” mövzusunda keçirilən onlayn təhsil masasında söyləyib. Sektor müdiri bildirib ki, bununla bağlı ictimaiyyətə məlumat veriləcək.

“Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi bu gün başa çatır", - deyə İlahə Rəsulova qeyd edib.