“Terror aktlarının arxasında Hindistan dayanır” – Nazir Sarfraz Buqti

09:05 03.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanın müvəqqəti hökumətində daxili işlər naziri Sarfraz Buqti Bəlucistanın Mastunq bölgəsində Mövlud Qəndili üçün toplaşan vətəndaşları hədəf alan terror hücumları ilə bağlı açıqlamalar verib.

Hafta.az-ın yazdığına görə, terror qruplarını və onların fəaliyyətlərini kimin dəstəklədiyini yaxşı bildiklərini ifadə edən Buqti, 57 nəfərin həyatını itirdiyi terror hücumunun arxasında RAW-ın dayandığını deyib.

Nazir Buqti RAW-ın Pakistan Talibanına (TTP) dəstək verdiyini iddia edib.

Rəsmi Dehli hələlik Buqtinin ittihamlarına cavab verməyib.

Sentyabrın 29-da Bəlucistan əyalətinin Mastunq bölgəsindəki məscidin yaxınlığında Mövlud Qəndili üçün toplaşan vətəndaşlara terror hücumu, Hayber Paxtunxvanın Hanqu bölgəsindəki məsciddə isə intihar partlayışı həyata keçirilib.

Hücumlarda 57 nəfər ölüb, 140-dan çox adam yaralanıb.