Tərtərdə bir nəfər minaya düşüb
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan hafta.az-a bildirib ki, bu gün saat 17 radələrində Tərtər rayonun Çaylı kəndi ərazisində rayon sakini Samir Əlizadə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, polis əməkdaşları tərəfindən dərhal xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
*** 18:27
Oktyabrın 23-ü saat 17 radələrində Tərtər rayonunun Çaylı adlanan ərazisində 1 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Tərtər rayon prokurorluğundan hafta.az-a bildirilib ki, ilkin araşdırmalarla həmin ərazidə olarkən 1996-cı il təvəllüdlü Samir Əlizadənin minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alaraq hər iki ayağının amputasiya olunması müəyyən edilib.
Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.