Tramp Makronun vəzifəsini dəyişik saldı

10:46 18.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ lideri Donald Tramp Fransa prezidenti Emmanuel Makron səhvən baş nazir adlandırıb.

Hafta.az TASS-a istinadən xəbər verir ki, ABŞ rəhbəri bu qeyri-dəqiqliyə Miçiqan ştatında mitinqdə iqlim üzrə Paris razılaşması haqqında danışarkən yol verib.

 "Mən baş nazir Makronu çox sevirəm, amma bir dəfə ondan soruşdum, vəziyyət necədir, orada razılaşma necədir?", - deyə Tramp Fransa prezidentinin vəzifəsini yanlış adlandırıb.

Qeyd edək ki, hazırda Fransanın baş naziri Jan Kasteksdir.