Trampla Kral III Çarlz qohumdular?

08:31 29.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Daily Mail” qəzetində dərc olunan araşdırmaya görə, ABŞ Prezidenti Donald Tramp və Kral III Çarlzın eyni şotland zadəganı Lennoksun 3-cü qrafı vasitəsilə qohum olduqları ehtimal edilir.

Hafta.az xəbər verir ki, tədqiqatda bu ortaq nəsil bağının onların təxminən 15 nəsil uzaqlıqda çox uzaq qohum sayılmasına səbəb ola biləcəyi qeyd edilir.

Məlumata münasibət bildirən Tramp bunu maraqlı xəbər kimi dəyərləndirib. O, “Truth Social” səhifəsində paylaşım edərək “Buckingham” sarayında yaşamaq istədiyini zarafatla ifadə edib:

“Həmişə “Buckingham” sarayında yaşamaq istəmişəm! Bir azdan bu barədə Kral və Kraliça ilə danışacağam”.