“Türkiyə bankları soyuqda da suyu üfürüb içirlər” – Səfir

10:36 19.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov Türkiyə ilə Rusiya arasında pul köçürmələrində ciddi problem olduğunu vurğulayıb.

Hafta.az-ın "Rossiya 24 TV"yə istinadən yazdığına görə, Yerxov deyib ki, problem ABŞ Maliyyə Nazirliyinin Xarici Maliyyə Aktivlərinə Nəzarət İdarəsinin (OFAC) ötən ilin sonunda Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qərarı nəticəsində yaranıb.

“Türkiyə bankları qərarı nəzərə almağa məcburdurlar və bunu edərkən, necə deyərlər, havalar soyuq olanda da suyu üfürüb sonar içirlər. Biz öz tərəfimizdən hazırda bu tədbirlərin həm Rusiya, həm də Türkiyənin xarici iqtisadi fəaliyyətlərində vicdanlı aktyorlara zərər verməməsi üçün Türkiyə hakimiyyət orqanları ilə işləyirik və hazırda səylərimiz davam edir", - səfir deyib.