Türkiyə-Ermənistan dialoqu – Prosesdə söz sahibi Azərbaycandır

15:44 14.12.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Biz perspektivdə Rusiya, Türkiyə və Ermənistan arasında faktiki olaraq yeni layihələrin şahidi ola bilərik.  Təbii ki, gələcəkdə Ermənistanın Türkiyə ilə münasibətlərinin yaxşılaşması Cənubi Qafqazda siyasi proseslərə təsirsiz ötüşməyəcək. Bu, eyni zamanda Ermənistanda Rusiyanın, porodaksal səslənsə də, Qərbin özünün də mövqeyini zəiflədəcək. Türkiyənin Azərbaycanla mövqeyini gücləndirəcək. Hər halda biz bilirik ki, Ermənistan daima Rusiya və Qərbin maşası rolunda çıxış edib. Ona görə də elə edilməlidir ki, bu dövlət öz sahiblərindən uzaqaşıb iqtisadi və digər sahələrdə Türkiyədən asılı vəziyyətə düşsün”.

 Bunu hafta.az-a politoloq Zaur Məmmədov Türkiyə və Ermənistan xarici işlər nazirləri səviyyəsində qarşılıqlı dialoqun normallaşdırılması istiqamətində atılan addımlar və bunun bölgədəki proseslərə hansı təsirlər verəcəyi ilə bağlı vəziyyəti şərh edərkən bildirib.

Politoloq hesab edir ki, Türkiyə - Ermənistan münasibətərinin normallaşdırılması və sərhədlərin açılması istiqamətində Davosdan başlanan gizli diplomatiya ilə bu gün Türkiyə-Ermənistan arasında başlanan dialoqla bağl yeni dönəmim başlanması arasında böyük fərq var.

“Həmin dövrdə Qərb Türkiyə və Ermənistanı gizli şəkildə bir araya gətirmişdi. Bu dəfə Azərbaycan məsələlərdən agahdır və  məhz rəsmi Bakının 44 günlük müharibədəki qalibiyyətindən sonra  Azərbaycan və Türkiyənin başçılığı altında Ermənistana yeni təkliflər verildi. Bu təkliflərdən biri də Türkiyə-Ermənistan arasında sərhədlərin açılması və yeni münasibətlərin əsasının qoyulmasıdır”.

Z.Məmmədov bildirib ki, son bir neçə ildə Türkiyə dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, Ermənistanın regionda Azərbaycanla apardığı siyasət Türkiyə - Ermənistan münasibətlərində əsas rol oynayacaq. Onun fikrincə, əgər söhbət  yeni dönəmdən gedirsə bu yalnız Ermənistanın Qarabağ mövzusunda özünü rasional aparmasından sonra baş verə bilər.

“Hələlik ilkin variantda birgə komissiyaların yaradılmasından və xüsusi elçilərin təyin edilməsindən söhbət gedir. Təbii ki, bundan sonra baş verənlər  Ermənistanın Azərbaycanla delimitasiya, demarkasiya, Zəngəzur dəhlizinin açılması və digər məsələlərdə göstərdiyi davranışdan asılı olacaq”.

Politoloq hesab edir ki, Ermənistanın 44 günlük müharibədən sonra Paşinyanın məqsədlərinə çatmaq üçün ən optimal yolu məhz Ankara ilə  yeni münasibətlərin əsasının qoyulmasıdır. Politoloq burada bir neçə əsas məqamın olduğunu qeyd edib.

“Əvvəl Qərb bu münasibətlərin normallaşmasında maraqlı idisə, bu gün münasibətlərin normallaşmasında Qərbdən də çox Türkiyə və Rusiya maraqlı tərəf qismində iştirak edirlər. Çünki Rusiya anladı ki, əgər özü qabağa düşməzsə, o zaman münasibətlərin normallaşmasında Qərb qabağa düşə bilər.

Z.Məmmədov 2008-ci il təcrübəsində Azərbaycanın maraqlarının nəzərə alınmadığını qeyd edib. O, bildirib ki, Prezident İlham Əliyevin apardığı qətiyyətli siyasət nəticəsində həmin dialoqa son qoyulmuşdu və  dialoq yarımçıq başa çatmışdı.

 

Siyasət rubrikasından digər xəbərlər