Türkiyədə gün ərzində yoluxma 95 mini keçdi 

22:18 11.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 253 nəfər dünyasını dəyişib.

Hafta.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı məlumatda COVID-19 infeksiyası ilə əlaqədar 458 min 142 nəfərin test edildiyi, 95 min 065 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 85 min 758 nəfərin isə bu xəstəlikdən sağaldığı qeyd olunub.