Türkiyə Statistika Təşkilatı (TÜİK) 2024-cü ilin iyun ayı İş Gücü Statistikasını açıqlayıb. TÜİK-in Ev Təsərrüfatı İş Gücü Araşdırmasının nəticələrinə görə, 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 2024-cü ilin iyun ayında əvvəlki aya görə 234 min nəfər artaraq 3 milyon 305 min nəfərə çatıb. İşsizlik səviyyəsi 0,7 bənd artaraq 9,2 faizə yüksəlib. İşsizlik səviyyəsinin kişilər üçün 7,6 faiz, qadınlar üçün isə 12,4 faiz olduğu təxmin edilib.
Hafta.az-ın yazdığına görə, 2024-cü ilin iyun ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 341 min nəfər azalaraq 32 milyon 522 min nəfərə, məşğulluq səviyyəsi isə 0,6 bənd azalaraq 49,3 faizə düşüb. Bu göstərici kişilərdə 66,9 faiz, qadınlarda isə 32,1 faiz təşkil edib.
İşçi qüvvəsi 2024-cü ilin iyun ayında əvvəlki ayla müqayisədə 107 min nəfər azalaraq 35 milyon 827 min nəfərə, işçi qüvvəsinə qoşulma nisbəti isə 0,2 bənd azalaraq yüzdə 54,4 olub. İşçi qüvvəsində iştirak səviyyəsi kişilər üçün 72,4 faiz, qadınlar üçün isə 36,7 faiz təşkil edib.
15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 1,7 bənd artaraq 17,6 faizə çatıb. Bu yaş qrupunda işsizlik səviyyəsi kişilər üçün 14,8 faiz, qadınlar üçün isə 23,2 faiz olaraq qiymətləndirilib.
Mövsümi və təqvim təsirlərindən təmizlənmiş hesabat dövründə işləyənlərin orta həftəlik faktiki iş vaxtı əvvəlki ayla müqayisədə 0,1 saat artaraq 2024-cü ilin iyun ayında 44,0 saata çatıb.
Vaxta bağlı qeyri-məşğulluq, potensial işçi qüvvəsi və işsizlərdən ibarət olan boş işçi qüvvəsi nisbəti əvvəlki ayla müqayisədə 3,8 bənd artaraq 2024-cü ilin iyun ayında 29,2 faizə çatıb. Vaxtla bağlı tam məşğulluq və işsizlərin inteqrasiya nisbəti 20,2 faiz olduğu halda, işsizlərin və potensial işçi qüvvəsinin vahid nisbəti 19,5 faiz səviyyəsində təxmin edilib.