Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - Rəsmi

21:00 30.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərimizdə köməklik göstərməyə başlayıb.

Bu barədə hafta.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Türkiyəli hərbi mütəxəssislər həmin ərazilərin minalardan və partlayıcı qurğulardan təmizlənməsi işini həyata keçirəcək və mühəndis bölmələrimizə tədris məşğələləri təşkil edəcək.

Göstərdiyi dəstəyə görə qardaş Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk", - deyə nazirlikdən bildirilib.

Oxunma sayı 206
Siyasət rubrikasından digər xəbərlər