Türkiyənin İraq və Suriyadakı əməliyyatı hava zərbələri ilə məhdudlaşmayacaq - Ərdoğan

20:12 21.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Suriyadakı əməliyyatı təkcə hava zərbələri ilə məhdudlaşmayacaq. CNN Türk-ün məlumatına görə, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.

O, izah edib ki, bu gün Türkiyə təhlükəsizlik qüvvələrinin vəzifəsi terror təşkilatlarını zərərsizləşdirmək və məhv etməkdir. “Və bu, təkcə hava kampaniyası ilə məhdudlaşmır”, - deyə ölkə prezidenti izah edib.

Daily Sabah-ın məlumatına görə, Ərdoğan Suriyanın şimalındakı əməliyyatı Rusiyanın terrorçuların bu ərazidən çıxarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əlaqələndirib. Prezident Türkiyə ilə Rusiya arasında 2019-cu ildə Soçidə bağlanmış müqaviləni xatırladıb və bu müqaviləyə əsasən, Ərdoğan qeyd edib ki, Rusiya tərəfi əraziləri terrorçulardan təmizləməyə borcludur.

Bununla belə, Ərdoğan deyib ki, dəfələrlə xatırlatmalarına baxmayaraq, Rusiya Federasiyası bunu etməyib.