Ukrayna Almaniya ilə ticarətdə Rusiyanı üstələdi

10:17 13.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniya İqtisadiyyatının Şərq Komitəsi sentyabrda Almaniyanın Ukrayna ilə xarici ticarətinin ilk dəfə Rusiya ilə ticarətini üstələdiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, komitənin dərc etdiyi hesabata əsasən, Almaniyanın xarici ticarət tərəfdaşları arasında Ukrayna 8-ci, Rusiya isə 10-cu yerdə qərarlaşıb.

Sentyabrda Ukrayna ilə ticarətin həcmi 840 milyon avro olduğu halda, Rusiya ilə ticarətin həcmi bu məbləğdən 30 milyon avro aşağı, yəni 810 milyon avro olub.

Almaniyanın şərqdəki ticarət tərəfdaşları arasında ilk 5-lik Polşa, Çexiya, Macarıstan, Rumıniya və Slovakiyadır.