Ukrayna əks-hücum üçün on minlərlə döyüşçü hazırlayır

17:51 05.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Silahlı Qüvvələri əks-hücum üçün 40 min döyüşçü hazırlayır. Bu barədə “Reuters”in hesabatında deyilir.

Agentliyin məlumatına görə, hücum bölmələri belə adlanır: “Polad Sərhəd”, “Qasırğa”, “Spartalı”, “Çervona Kalina”, “Sərhəd”, “Qəzəb”, “Azov” və “Kara-Dağ”.

Qeyd olunur ki, yeni çağırışçılar və onlara təlim keçən hərbiçilər Reuters müxbirlərinə qarşıdakı həftələr və ya aylarda əks-hücumun başlayacağını gözlədiklərini bildiriblər.