Ukrayna yaxın günlərdə Aİ üzvlüyünə namizəd olacaq 

12:22 03.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna yaxın günlərdə Avropa İttifaqı üzvlüyünə namizəd ola bilər, bu siyasi qərar məsələsidir.

 

Hafta.az xəbər verir kibu barədə Polşa xarici işlər nazirinin müavini Marçin Pşidaç bildirib.

 

Ukraynanın Avropa perspektivləri ilə bağlı sualı cavablandıran Polşa XİN rəsmisi deyib ki, Kiyev tezliklə Aİ üzvlüyünə namizəd ola bilər.

 

"Bu, siyasi həll məsələsidir" , - deyən nazir müavini ölkəsinin Ukraynanın namizədliyini dəstəklədiyini vurğulayıb.