Ukraynada 17 milyondan çox rus kitabı məhv edilib

09:34 23.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2022-ci ildən bəri Ukraynada kitabxanalardan 17 milyondan çox rus kitabı silinib.

Hafta.az-ın Ukrayna Milli Kitabxanasının məlumatına istinadən yazdığına görə, bu müddət ərzində ümumilikdə 26 milyondan çox kitab kitabxana fondlarından çıxarılıb. Bildirilib ki, bu kitabların 66 faizi rus dilindədir.

Məlumata görə, rus kitablarının kitabxanalardan silinməsində aparıcı regionlar Vinnitsa və Dnepropetrovsk olub. Bu rayonların kitabxanalarından bir milyona yaxın çap nüsxəsi çıxarılıb.

Ukraynanın dil üzrə ombudsmanı Taras Kremin Ukrayna şəhərlərinin küçələrində rus dilinin hökmranlığına son qoymağa çağırıb. 2014-cü ildə Kiyev rus dilinin aradan qaldırılmasına yönəlmiş kursda iştirak edib. 2019-cu ildə Ali Rada tərəfindən qəbul edilmiş “Ukrayna dilinin dövlət dili kimi fəaliyyətinin təmin edilməsi haqqında” qanun Ukraynada rus dilinin istifadəsini məhdudlaşdırıb.

Ukraynanın bəzi bölgələrində rus dilində kitablar, filmlər, şoular, mahnılar və bədii əsərlər tamamilə qadağan edilib. Məktəblərdə və universitetlərdə rus dilini öyrənmək və öyrətmək qadağandır, məktəbyaşlı uşaqlar isə tənəffüs zamanı yalnız Ukrayna dilində danışmalıdırlar.

Rus kitablarının kitabxanalardan silinməsi Ukraynanın dil siyasətinin bir hissəsi hesab olunur. Bu siyasət Ukraynanın mədəni kimliyini qoruyub saxlamaq və Rusiyanın təsirini azaltmaq məqsədi daşıyır.

Siyasət rubrikasından digər xəbərlər