Yazını böyüt
Yazını kiçilt
Ukrayna Müdafiə Nazirliyi etiraf edib ki, Rusiya-Ukrayna münaqişəsi yazın sonuna qədər bitə bilər, Ukrayna Silahlı Qüvvələri (APU) isə dekabrın sonunda “Krıma qayıdacaq”. Bunu Sky News-a müsahibəsində Ukrayna müdafiə nazirinin müavini Vladimir Qavrilov deyib.
Qavrilov Ukrayna ərazisinə ehtimal olunan nüvə zərbəsi təhlükəsini də şərh edərək, bunu aşağı səviyyədə qiymətləndirib. Eyni zamanda, nazir müavini qeyd edib ki, nüvə zərbəsi Ukrayna Silahlı Qüvvələrinin öz məqsədlərinə çatmasını “dayandırmayacaq”.