Ukraynadakı səfirlik və Xarkovdakı fəxri konsulluğumuz gücləndirilmiş iş rejimində çalışır

23:36 24.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımızın problemlərinin həlli üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu barədə səfirlikdən məlumat verilib.

Səfirlik soydaşlarımızı təhlükəsizlik baxımdan evdən çıxmamağa çağırıb və bildirib ki, ehtiyac yarandığı halda səfirliyin 00380735050000 nömrəli qaynar xəttinə zəng edə bilərlər. Ukrayna hava yollarını bağladığı üçün hələlrik ölkədən çıxış mümkünsüzdür.

Azərbaycanın Xarkovdakı fəxri konsulluğundan isə bildiriblər ki, Xarkov şəhəri ətrafında vəziyyət gərgin olaraq qalır.

“Soydaşlarımız və vətəndaşlarımız üçün ən təhlükəsiz yer evləridir. Problemlərin həllinə yardım göstərmək üçün konsulluğun qaynar xətti fəaliyyət göstərir və soydaşlarımız istənilən an müraciət edə bilərlər”, - deyə məlumatda qeyd olunur.