Usmanovun Almaniyada müsadirə olunan avtomobilləri yolda tıxac yaradıb

11:17 09.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya vətəndaşı olan milyarder Əlişir Usmanovun Almaniyanın dənizkənarı Tegernsi kurortunda yerləşən villalarından müsadirə edilən avtomobillər uzun növbə yaranıb.

Hafta.az-ın Rusiya mətbuatına istinadən yazdığına görə, məşhur oliqarxın Almaniyada Avropa İttifaqı sanksiyaları çərçivəsində müsadirə olunan avtomobillərinin ümumi dəyəri 5,4 milyon avro olaraq hesablanır.

Bildirilir ki, Usmanovun avtomobilləri karvan şəklində Münhenə aparılarkən yolda nəqliyyatın hərəkətində çətinlik yaranıb.

Qeyd edək ki, 250 polisdən ibarət qrup daha əvvəl də Əlişir Usmanovun Almaniyadakı villalarında axtarış aparmışdı.