ÜST COVID-19-un müalicəsi üçün perspektivli dərmanları açıqladı

09:00 11.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç bildirib ki, COVID-19-un müalicəsi üçün iki yeni dərman ÜST tərəfindən perspektivli hesab edilir və istifadəsi tövsiyə olunur.

 

Hafta.az "Gazeta.ru"ya istinadən ÜST-ün COVID-19-la mübarizədə istifadə olunan dərmanları təqdim edir: 

 

“Baricitinib” ağır və ya kritik koronavirus xəstələrinə kömək edir. İmmunitet sisteminin həddindən artıq stimullaşdırılmasını boğan “Janus kinase” inhibitorları adlı dərmanlar sinfinin bir hissəsidir. ÜST onu kortikosteroidlərlə təyin etməyi tövsiyə edir”, - deyə Vujnoviç bildirib.

 

Onun sözlərinə görə, ÜST həmçinin xəstəxanaya yerləşdirmə riski yüksək olan xəstələrdə yüngül və orta dərəcəli COVID-19-un müalicəsi üçün monoklonal anticism dərmanı olan “Sotrovimab”ın istifadəsini təklif edib. Risk qruplarına yaşlılar, immun çatışmazlığı olan insanlar, şəkərli diabeti, hipertoniya və piylənməsi olan xəstələr daxildir.