Vatsap digər messencerlərdən mesajları qəbul edəcək

15:04 17.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vatsap Avrop Birliyininn “Rəqəmsal bazarlar haqqında” yeni qanununa əməl etməyə hazırlaşır.

 

Hafta.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə “The Verge” nəşri məlumat yayıb.

Yeni qanunla müxtəlif mesajlaşma platformaları bir-birinə uyğunlaşdırılacaq. Bununla da vatsapda digər messencerlərdən mesaj qəbul etmək və göndərmək mümkün olacaq. Artıq vatsapın "Android" tətbiqinin ən son beta versiyasında “Üçüncü tərəf söhbətləri” adlı bölmə də yer alıb. Onu hazırda sınaqdan keçirmək mümkün deyil.

Yeniliyin 6 ay ərzində messencerin "Android" və "iOS" versiyalarında istifadəyə veriləcəyi gözlənilir.