Velosiped oğrusu yaxalandı

12:59 12.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
 

Bakı sakini ayrı-ayrı ünvanlardan velosiped oğurlayıb.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində ayrı-ayrı ünvanlardan velosipedlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qılman Dadaşov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.