“Velvet”dən ilk sürət qatarı - TƏQDİMAT

14:19 24.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın özəl dəmiryol şirkəti “Velvet” gələcək sürət qatarını təqdim edib. Şirkət ölkənin Milli Dəmir Yolları Şirkəti ilə (SNCF) ilə rəqabət aparmaq niyyətindədir və 2028-ci ildən etibarən müxtəlif şəhərlərə səyahət imkanları yaratmağı planlaşdırır.

Hafta.az xəbər verir ki, “Alstom” emalatxanasından çıxan tünd yaşıl rəngli qatar “Velvet”in ilk sürət qatarıdır (TGV). Şirkət 12 qatar sifariş verib. “Velvet”in həmtəsisçisi Tim Cekson bildirib ki, hazırda təxminən 15 faiz sərnişin yüksəksürətli qatarla səyahət etmək istəsə də, yer olmadığı üçün buna nail ola bilmir:

“SNCF çox yaxşı iş görür, heç bir tənqidimiz yoxdur, amma qatar sayı və tutumu kifayət etmir”.

“Velvet”in SNCF ilə rəqabəti Paris-Bordo marşrutu üzrə daimi sərnişinləri sevindirir. Lakin bəzi insanlar yeniliklərə ehtiyatla yanaşırlar. “Velvet” qatarları Paris-Renn, Paris-Nant və Paris-Bordo xətlərində hərəkət edəcək. Bu, SNCF-yə qarşı çıxan ilk xarici operator deyil. İtalyanın “Trenitalia” qatarı artıq Lion və Marsel marşrutlarında xidmət göstərir, İspaniyanın “Renfe” qatarı isə Fransa və İspaniya arasında fəaliyyət göstərir.

Rəqabətin artması bilet qiymətlərinə də təsir göstərə bilər. Nəqliyyat tənzimləmə orqanının məlumatına görə, Paris-Lion xəttində Trenitalia qırmızı qatarlarının işə düşməsindən sonra qiymətlər orta hesabla 10 faiz ucuzlaşıb.