Vəziyyət pisləşsə, qapanmalar olacaq - Prezidentin köməkçisi

16:29 26.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əgər epidemioloji vəziyyət pisləşəcəksə, qapanmalara getməyə məcbur olacağıq. Çünki insanlar ölür, xəstəxanalar dolur. Qapanmadan bunun qarşısını almaq mümkün olmayacaq.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, vətəndaşlar qısa müddətdə kütləvi vaksinasiyaya gedəcəksə, qapanmalara da ehtiyac olmayacaq.