Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

16:52 29.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Hafta.az Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Telefon danışığı zamanı dövlət başçıları “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər.