Yazını böyüt
Yazını kiçilt
İsrail təyyarələri Livanın cənubuna yeni zərbələr endirib. Əməliyyatdan qabaq Nabatiyyə şəhəri də daxil olmaqla, Livanın 20 qəsəbə və kəndinin əhalisinə xəbərdarlıq edilib.
Hafta.az bildirir ki, hücumlar nəticəsində bir nəfər ölüb.
İsrail ordusu ötən ay əz-Zəhrani çayından cənubda yerləşən bölgəni “döyüş meydanı” elan etmişdi.
Ordunun sözçüsü deyib ki, Hizbullah atəşkəsi pozur, İsrail də buna cavab verir.