Xabarovskda yanğında 4 uşaq öldü

18:59 18.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Xabarovsk diyarında, Nanay rayonunun Sinda kəndində 4 uşaq fərdi evdə baş verən yanğının qurbanı olub. Hafta.az bildirir ki, Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Yanğın çərşənbə axşamı gecə Passara küçəsində yerləşən yaşayış binasında baş verib. Faktla bağlı “Ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi başlanıb.

Qəsəbənin icra başçısının sözlərinə görə, 2008, 2013, 2017 və 2021-ci il təvəllüdlü dörd uşaq evdə tək olub. İlkin məlumata görə, onlar tək qalıblar. Yanğın 50 kvadratmetr ərazini əhatə edib. Faciənin səbəbini müstəntiqlər və ekspertlər müəyyənləşdirir.