Yazını böyüt
Yazını kiçilt
Xaçmazda yanğın hadisəsi olub.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Xaçmaz şəhərində bazar ərazisində bir dam altında tikilən ümumi sahəsi 2500 m² olan 20 ədəd müxtəlif təyinatlı obyektdən 2 ədədinin dam örtüyünün taxta atmaları 215 m² sahədə və içərisində 2 ədəd soyuducu yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.