Xaçmazda 56 yaşlı kişi qətlə yetirilib

13:56 15.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmazda yolda meyiti aşkarlanan şəxsin öldürüldüyü müəyyən edilib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan hafta.az-a verilən məlumata görə, Xaçmaz-Xudat avtomobil yolunun Köhnə Xaçmaz kəndi ərazisində üzərində xəsarət olan 50-55 yaşlı naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı meyiti tapılan şəxsin 56 yaşlı rayon sakini Qərib Rzayev olduğu müəyyən edilib.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsinsə hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, 27 yaşlı Yalçın Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.