Xaçmazda yol qəzası olub: xəsarət alanlar var

23:08 20.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmaz şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən "Opel" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində maşında olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.