İranın keçmiş təhsil naziri, eyni zamanda Tehran meri vəzifəsini də icra etmiş Məhəmməd Əli Nəcəfi arvadını qətlə yetirdiyi üçün təxminən 4 ilə yaxın həbsdə qaldıqdan sonra ali dini lider Əli Xameneinin ötən ay verdiyi amnistiyaya əsasən azadlığa çıxıb.
Hafta.az-ın yazdığına görə, Nəcəfi 2019-cu ildə məhkəmədə həyat yoldaşı Mitra Ustadı ailə münaqişəsi zamanı öldürdüyünü etiraf edib.
Nəcəfi "qisas" cəzasına, yəni ölümə məhkum edildi, lakin qisasların silinməsi üçün fidyə ödədikdən sonra qurbanın ailəsi tərəfindən bağışlanıb. Buna baxmayaraq, Nəcəfi qətl və sənədsiz silah saxlamaq ittihamı ilə 6 il yarım azadlıqdan məhrum edilib. Həmin vaxt bu iş yerli və beynəlxalq mediada geniş işıqlandırılmışdı.
Mehr Xəbər Agentliyi xəbər verir ki, Nəcəfi "bir neçə ay əvvəl əfv istəyib, məktubu həbsxana vasitəsilə Əfv və Tolerantlıq Komissiyasına çatdırılıb və əfv tələbi təsdiqlənənə qədər onun işinə əfv istəyən digər məhbuslar kimi qiymət verilib".