Xankəndində separatçı "zabitlər" üsyan edir - PULUMUZU VERİN

18:17 24.12.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya sülhməramlılarının nəzarətindəki Azərbaycan ərazilərində özlərini "müdafiə ordusunun ehtiyyatda olan zabitləri" adlandıran terrorçular separatçı rejimə qarşı ağır ittihamlar irəli sürüblər.

Hafta.az bildirir ki, səbəb onlara ödənilməli olan pulu ala bilməmələridir. Bununla bağlı idarənin maliyyə şöbəsinin müdirini ittiham ediblər.

"Zabitlər İttifaqının" bəyanatında deyilir ki, Ermənistanda eyni zabitlər dekabrın 5-də pensiya alıblar. Onlar "müdafiə nazirindən" tələb edirlər ki, uzun illər maliyyə idarəsinə rəhbərlik edən Karen Qriqoryanın ildə iki dəfə ABŞ-da tətil keçirməsinə nə qədər pul verdiyini yoxlayıb ictimaiyyətə təqdim etsin.

Birliyin bəyanatına cavab olaraq separatçı rejimin nümayəndəsi problemin mövcudluğunu təsdiqləsə də, bu məsələnin həllinin onların səlahiyyətlərindən kənar olduğunu qeyd edib.
"Müvafiq ərizələr Müdafiə Ordusu tərəfindən pensiyaların verilməsini təmin edən zəruri bölmələrə operativ şəkildə təqdim edilib", - məlumatda deyilir.

Siyasət rubrikasından digər xəbərlər