“Xarici ölkələrdə 7 milyona yaxın qazax yaşayır” - Asılbek Bayhumauli

12:42 15.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Hesablamalara görə, daha 7 milyona yaxın soydaşımız xarici ölkələrdə yaşayır”.

Hafta.az-ın Kazinform-a istinadən yazdığına görə, bunu Ümumdünya Qazaxlar Assosiasiyası İctimai Şurasının sədri Asılbek Bayhumauli deyib.

“Dünya Qazaxlar Assosiasiyasının 32 yaşı tamam olur. Bu, xaricdə yaşayan qazaxları ölkəmizə cəlb etmək niyyəti ilə yaradılmış icmadır. İndiyədək bir milyondan çox soydaşımız artıq öz tarixi vətənlərinə qayıdıb, hamısı burada məskunlaşaraq ailə qurub və bu gün onların sayı 3-4 milyona yaxındır. Geri qayıdan bütün soydaşlarımız təhsil alıb və müvafiq olaraq fərqli sahələrdə səmərəli işləyirlər”, - Asılbek Bayhumauli jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ictimai şura hər zaman xaricdə yaşayan və ölkəyə qayıtmaq niyyətində olan etnik qazaxların qaytarılması ilə bağlı məsələlərə baxacaq.

O qeyd edib ki, xarici ölkələrdə olan qazaxların vətənə köçürülməsinə şərait yaratmaq lazımdır. “Sərhədi keçmək, oxumaq, işləmək və sair kimi mühüm məsələlər var. Biz bu problemlərin birgə həlli yollarını tapmaq üçün İctimai Şura yaratdıq”, - Asılbek Bayhumauli əlavə edib.

Şura sədri, həmçinin qeyd edib ki, bu gün xarici ölkələrdə yaşayan bir neçə milyon etnik qazax əsasən Çin, Monqolustan, Rusiya, Avropa, İran və sairin ərazisində cəmləşib.