Xarici şirkətlər 18 milyard dollarını Rusiyadan çıxara bilmir

10:30 19.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Britaniyanın “Financial Times” qəzeti Rusiyaya düşmən hesab edilən ölkələrin şirkətlərinin çıxara bilmədiyi mənfəətin həcmini 18 milyard dollar olaraq hesablayıb.

Hafta.az-ın yazdığına görə, qəzet öz xəbərini Kiyev İqtisadiyyat Məktəbinə bağlı ekspertlərin apardığı araşdırmaya əsaslanır.

Xəbərə görə, Rusiyanın düşmən və ya dost kimi gördüyü bütün xarici şirkətlərin 2022-ci ildə ümumi qazancı 20 milyard dollar civarındadır.

Rusiyada ən çox pul qazanan şirkətlər ümumilikdə 4,9 milyard dollarla amerikalılardır.

Şirkət əsasında birinci yer “Raiffeisen”ə məxsusdur. Avstriya bankının Rusiyadan çıxara bilmədiyi mənfəətin həcmi 2 milyard dollardır. Ondan sonra 775 milyon dollarla “Filip Morris” və 718 milyon dollarla “PepsiCo” gəlir.

Digər tərəfdən, Rusiyanın Hindistana satdığı neftin pulunu ala bilmədiyi üçün Hindistan şirkətlərinin 400 milyon dollar civarında qazancını ölkədən çıxarmasına icazə vermədiyi bildirilir.