Xəbərdarlıq: Pirəkəşküldə partlayış olacaq

10:49 17.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla iyunun 17–19-da Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Hafta.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq”, - məlumatda qeyd edilib.