Evdən qızıl və pul oğurlayan şəxs saxlanıldı

17:59 16.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Binəqədi rayonunda yerləşən mənzillərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Hafta.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı R.İmanov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.