Xersondan təxliyə olunan ahıska türkləri artıq Türkiyədədirlər

09:57 20.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın Xerson bölgəsindən təxliyə olunan ahıska türkləri Türkiyə ərazisinə çatıblar.

Hafta.az xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.

Bildirilir ki, təxliyə əvvəlcə Türkiyənin Gürcüstanın Kutaisi şəhərindəki Baş konsulluğuna edilib. Sonra “Sarp” gömrük-keçid məntəqəsindən Türkiyə ərazisinə keçid edilib.