Xəzər dənizində zəlzələ 

09:55 17.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər dənizində zəlzələ olub.

Hafta.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, sentyabrın 17-də, yerli vaxtla saat 02:51-də Qala stansiyasından 147 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 4,6 maqnitudada baş verib, zəlzələ ocağı 62 km dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.