Yazını böyüt
Yazını kiçilt
Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə iyunun 10-da Buzovna qəsəbəsindəki evlərin birindən beş min manat pulun oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Məzahirli və K.Nağıyev müəyyənləşdirilərək saxlanılıblar.
Faktla bağlı təhqiqat davam edir.