Xızıda hərbi sursat aşkarlanıb

14:30 06.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xızı rayonunun Giləzi qəsəbəsi yaxınlığında hərbi sursatın aşkar edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 7 ədəd 100mm-lik tank mərmisi, 3 ədəd 120mm-lik top mərmisi, 2 ədəd TAB-50 aviabomba, 1 ədəd TAB-7 aviabomba, 21 ədəd 82mm-lik tank mərmisi, 5 ədəd 76mm-lik top mərmisi, 10 ədəd 100mm-lik top mərmisi, 3 ədəd 85mm-lik top mərmisi, 1 ədəd 120mm-lik qumbaraatan mərmisi, 1 ədəd Qrad mərmisi (2 motorlu), 3 ədəd F-1 əl qumbarası, 2 ədəd POMZ-2 piyada əleyhinə mina və 1 ədəd əleyhiqaz kömürü olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.