Xocalı məktəbində görülən işlər tamamlamaq üzrədir - Emin Əmrullayev

13:38 26.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xocalı məktəbində görülən işlər tamamlamaq üzrədir.

Hafta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki: 

"İnanırıq ki, Xocalı məktəbi növbəti tədris ilində Qarabağda fəaliyyətə başlayan məktəblərimizdən biri olacaq",.

Nazir bildirib ki, orada nə qədər şagirdin təhsil alacağı son tamamlanma işlərindən sonra məlum olacaq: "Orada təxminən 130-150 şagirdin təhsil alacağı nəzərdə tutulur. Təbii ki, köçürülmə prosesində yerli əhalinin sayına uyğunlaşdırılacaq. Kəlbəcərdə, Zəngilan və digər işğaldan azad edilmiş ərazilərimizdəki məktəblərdə də tikinti işləri davam etdirilir".