Xocasəndə 2500-dən çox ağac əkilib - FOTO

14:21 27.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Xocasən qəsəbəsinin 3 hektar ərazisində Abşeron yarımadasının iqliminə uyğun 2500-dən çox müxtəlif cinsli ağac əkilib.

 

Bu barədə hafta.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

 

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" ağacəkmə kampaniyasına digər qurumların əməkdaşları da qoşulub.

 

"Ekologiya və Təbii Sərvətlər və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmilərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin iştirak etdiyi aksiya zamanı Bakının Xocasən qəsəbəsinin 3 hektar ərazisində Abşeron yarımadasının iqliminə uyğun 2500-dən çox müxtəlif cinsli ağac əkilib", - məlumatda qeyd edilir.

 

Xocasəndə 2500-dən çox ağac əkilib (FOTO) - Gallery Image Xocasəndə 2500-dən çox ağac əkilib (FOTO) - Gallery Image Xocasəndə 2500-dən çox ağac əkilib (FOTO) - Gallery Image Xocasəndə 2500-dən çox ağac əkilib (FOTO) - Gallery Image

Oxunma sayı 111