Xocavənd və Füzuli istiqamətlərində düşmənin könüllü dəstələri məhv edilib 

22:05 23.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib. Bir müddət sonra bununla bağlı video sübutlar təqdim olunacaq" deyə, məlumatda qeyd olunub.