Xüsusi karantin rejiminin müddəti UZADILDI

12:03 27.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 aprel saat 06:00-dək uzadılıb.

Hafta.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qeyd edək ki, bu müddət yanvarın 1-də başa çatırdı.